Burada məktəblərdə son zəng tədbirlərində kriminal mahnıların səslənməsi ilə bağlı fikirlər səsləndirildi. Mən buna görə Elm və Təhsil Nazirliyini ittiham etməyi düzgün hesab etmirəm.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.
Deputat bildirib ki, müəllim məktəbə maşınla yox, atla gəlirsə, yenə nazirliyi ittiham edirlər: “Bəzi məsələlər var ki, orada nazirliyi ittiham etmək doğru deyil. Zövqümüz dəyişməlidirmi, bəli dəyişməlidir”.
Sədr Sahibə Qafarova isə bildirib ki, burada hər hansı ittiham səslənməyib: “Əksinə, mən özüm də dedim ki, bu faktları toplayın və nazirliyə göndərin. Çünki o məktəblərin direktorları var. Deputat mandatınız sizə imkan verir ki, həmin məktəblərin direktorları ilə danışasınız”.