Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəyə dair tələblər açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır:
– müvəqqəti təminat tədbiri tətbiq edilmədən nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı;
– iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.