Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsinin, tikintisinin, təmirinin, yenidən qurulmasının, quraşdırılmasının və ya yerdəyişməsinin müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq aparılmamasına görə cərimələr var.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsinin, tikintisinin, təmirinin, yenidən qurulmasının, quraşdırılmasının və ya yerdəyişməsinin müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq aparılmamasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.