Texnoloji sahə belə olur

16 İyun 2023, 09:15

r

Texnoloji sahə iki qonşu çən parkı arasında, vahid hidravlik rejimdə işləyən magistral neft kəmərinin sahəsidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neftin və ya neft məhsullarının nəqli başlanğıc təhvil-təslim məntəqəsində neftin və ya neft məhsullarının qəbulu, magistral neft kəməri və ya neft məhsulları kəməri sistemi ilə vurulması, son təhvil-təslim məntəqəsində təhvil verilməsi, boşaldılması, doldurulması və yüklənməsi üzrə əməliyyatların məcmusudur.