Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.
Heftelik.az-ın məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Cəngan kənd sakinləri, 2007-ci il təvəllüdlü Əhmədov Siyasət Elşad oğlu, 2005-ci il təvəllüdlü Əhmədov Elşən Elşad oğlu və 2007-ci il təvəllüdlü Məlikov Teymur Seymur oğlu Kür çayının Cəngan kənidindən keçən hissəsində çimərkən boğulublar.
İyunun 16-da axşam saatlarında batan 3 nəfər yeniyetmənin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.