Çirklənmiş (dezaktivasiya olunmamış), nasaz (zədələnmiş) və ya köhnəlmiş fərdi mühafizə vasitələrindən istifadə etmək qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İşçi zonada qazın miqdarı buraxılabilən həddi aşdıqda, işçilər əleyhqazdan istifadə etməlidir.
İş aparılan zonanın havasında zərərli maddələrin miqdarı buraxılabilən həddən yüksək olduqda tənəffüs orqanlarının mühafizəsi üçün süzgəcli əleyhqazlardan istifadə olunmalıdır.