“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa əsasən MNK obyektləri təhlükə potensiallı obyektlər olduğundan istismara verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində (bundan sonra – Agentlik) reyestr qeydiyyatına alınmalıdır. Həmçinin, bu Qanuna uyğun olaraq MNK obyektlərinin texniki təhlükəsizlik bəyannamələri işlənib hazırlanmalı və texniki təhlükəsizlik ekspertizasından keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bu Qaydaların və müvafiq normativ-texniki sənədlərin tələbləri əsasında, istehsalatın xüsusiyyəti nəzərə alınmaqla, iş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları, avadanlıqların təhlükəsiz istismarı üzrə təlimatlar işlənib hazırlanmalıdır.