mahkama

Bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə və yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə görə cərimələr məlum olub.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a deyib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə və yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə görə fiziki şəxslər 80 manatdan yüz manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək cərimə edilir.