Marş pilləkənlərinin mailliyi 600-dən çox (çənlərdə 500-dən) olmamalı, adi pilləkənlərin eni 0,65 m-dən, ağırlıq daşınan pilləkənlərin isə 1 m-dən az olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Pillələr arasındakı hündürlük üzrə məsafə 0,25 m-dən çox olmamalıdır. Pillələrin içəriyə doğru mailliyi 2-50 olmalıdır.

Pillələrin hər iki tərəfinin hündürlüyü 0,15 m-dən az olmayan yan haşiyələri olmalıdır.

Pilləkənlərin hər iki tərəfdən 1 m hündürlükdə məhəccəri olmalıdır.