Partlayış təhlükəli zonalarda istismar olunan elektrik avadanlıqları partlayışdan mühafizəli olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Partlayışdan mühafizəli elektrik avadanlıqlarının partlayışdan mühafizə növü və səviyyəsi qeyd olunmalıdır, onların temperatur sinfi partlayış təhlükəli qarışıqların qrup və kateqoriyalarına və partlayış təhlükəli zonaların sinifinə uyğun olmalıdır.
MNK-nin neftin saxlanılması, doldurulması, boşaldılması və nəqli ilə bağlı hər bir texnoloji proses və obyekt üçün mümkün qəzaların ləğvi planları (QLP) olmalıdır.