Neft kəmərinin (neft məhsulları kəmərinin) sahəsinin əsaslı təmirdən sonra işə qəbulu səlahiyyətli vəzifəli şəxslərin magistral boru kəmərinin qəbul edilən sahəsinin normativ sənədlərin tələblərinə və podrat müqaviləsinə uyğunluğunun təsdiqlənməsi ilə nəticələnən hüquqi hərəkətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Neftin (neft məhsullarının) təhvil-təslim məntəqəsi nefti təhvil alan və təhvil verən tərəfin bölmələri tərəfindən neftin təhvil-təslim əməliyyatlarının aparıldığı, neftin (neft məhsullarının) miqdarının qeydi və keyfiyyətinin qiymətləndirilməsi məntəqəsidir.

Neftin (neft məhsullarının) təhvil-təslimi müvafiq sənədlərin tərtib edilməsi ilə neftin (neft məhsullarının) kəmiyyət və keyfiyyətinin müəyyən edilməsi ilə müşayiət olunan, məsul vəzifəli şəxslər tərəfindən aparılan, neftin qəbulu və təhvil verilməsi üzrə əməliyyatdır.