Maşın və avadanlıqların bərkidici bənd və hissələrində öz-özünə açılma (boşalma) və ayrılmaların qarşısını alan tərtibatlar (əks qaykalar, pazlar və s.) olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qurğular, avadanlıqlar, mexanizmlər, alətlər nasaz vəziyyətdə və ya təhlükəsizlik quruluşları (bloklayıcı, tənzimləyici, siqnalverici tərtibat və cihazlar) nasaz olduqda, habelə işçi parametrləri pasportda verilən parametrlərdən fərqli olduqda onların istismarı qadağandır.