Çənlər parkının avtomatik yanğınsöndürmə sistemi daim növbətçi (gözləmə) iş rejimində saxlanılmalıdır. İstehsalat zərurəti ilə əlaqədar olaraq (planlı baxış, cari və ya əsaslı təmir və s.) iş rejiminin müvəqqəti olaraq dəyişdirilməsi (əl ilə və ya məsafədən idarəetmə iş rejiminin seçilməsi) yalnız cavabdeh şəxslərin icazəsi ilə yerinə yetirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bu barədə ərazi üzrə yanğın təhlükəsizliyi xidməti öncədən məlumatlandırılmalı və ərazidə sərəncamda olan bütün yanğınsöndürmə vasitələrini cəlb etməklə əlavə təhlükəsizlik tədbirləri görülməlidir. İstismar edilən avtomatik yanğınsöndürmə sistemi daim işlək vəziyyətdə saxlanılmalı, sistemə və onun qurğularına vaxtlı-vaxtında texniki xidmət göstərilməlidir.