İnvestisiya fondunun depozitarı fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə cərimələr məlum olub.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
İnvestisiya fondunun depozitarı fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.