Layihələndirmə xidmətləri üçün beşinci sinif tikinti obyektləri məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.

Beşinci sinif tikinti obyektləri aşağıdakılardır:

– nüvə (atom) reaktorları;

– hündürlüyü 50 metrdən çox olan çoxmərtəbəli binalar;

– aşırımlarının uzunluğu 100 metrdən çox uzun aşırımlı bina və qurğular;

– sahəsi 40 000 m2-dən çox olan istehsalat və anbar tikililəri;

–     40000 nəfərdən çox tamaşaçı (azarkeş) tutumu olan stadionlar və oyun meydançaları, idman-əyləncə kompleksləri;

– ionlaşdırıcı şüalanma generatorlarının (rentgen avadanlığı, neytron generatoru avadanlığı, yüklü hissəciklərin sürətləndiriciləri) istifadəsi, istehsalı və təmiri ilə məşğul olan obyektlər;

– partlayıcı, pirotexniki, zəhərləyici, tezalovlanan, tezalışan, radioaktiv, kimyəvi və ətraf mühit üçün təhlükəli maddələrin, materialların, tullantıların və hərbi sursatların istifadəsi, emalı, istehsalı, saxlanılması, məhv edilməsi və basdırılmasını, o cümlədən işlənmiş nüvə yanacağının basdırılmasını həyata keçirən tikinti obyektləri;

– nüvə (atom) reaktorlarının istifadəsi və ya istismarını, eləcə də nüvə yanacağının istehsalını və zənginləşdirilməsini, işlənmiş nüvə yanacağının emalını həyata keçirən obyektlər və qurğular;

– gücü 50 MVt-dan çox olan istilik elektrik stansiyaları;

– metro stansiyaları və tunelləri;

– aerodrom qurğuları;

– hava və dəniz limanları, dəmiryol vağzalları və avtovağzallar;

– I, II və III kateqoriyalı dəmir yolları;

– tunellər;

– hündürlüyü 200 metrdən çox olan dirəklər (maçta), qüllələr və tüstü boruları;

– tutumu 10 000 m3-dən çox olan neft, mayeləşdirilmiş karbohidrogen qaz, neft və kimya məhsullarının saxlandığı çənlər;

– neft, sıxılmış qaz, neft və kimya məhsullarının saxlandığı yeraltı terminallar;

– diametri 1000 mm-dən artıq olan magistral (neft, qaz, su və kanalizasiya) boru kəmərləri;

– həcmi 10 milyon m3-dən artıq olan su hövzələri (anbarları) və onların bəndləri (hidrotexniki qurğuları);

– dövlət əhəmiyyətli hidrotexniki qurğular;

– neft emalı maddələrinin istehsalı zavodları;

– dəniz şelfində quraşdırılan neft və qazçıxarma platformaları;

– dəmiryolu körpüləri, uzunluğu 100 metrdən çox olan avtomobil körpüləri;

– gərginliyi 330 kV və daha yüksək olan elektrik ötürücü xətlər;

– gərginliyi 330 kV və daha yüksək olan yarımstansiyalar;

– hava ötürücü elektrik xətlərinin xüsusi keçidlərində bünövrələr və hündürlüyü 100 metrdən çox olan dayaqlar (mühəndis qurğularında və gəmi hərəkət edən çaylarda).