Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Heftelik.azın Apasport.az-a istinadən verdiyi məlumata görə, püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Qurban Qurbanovun yetirmələri bu mərhələdə “Linkoln”la (Cəbəllütariq) qarşılaşacaq. Ağdam klubu ilk matçı səfərdə keçirəcək.

Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-12-də baş tutacaq. Cavab oyunları bir həftə sonra təşkil olunacaq.

Qeyd edək ki, sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin də püşkü atılacaq.