Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi müvafiq qərar verib.
Hüquq idarəsi qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi (Nailə Mürsəliyeva) qərarın surətinin Hüquq idarəsinə və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə çatdırılmasını təmin etməlidir.