Nasosxana otaqlarında döşəmələr, dağılmış neftin yığılması üçün qanovlar, çuxurlar, dəliklər təmiz saxlanılmalı, dağılmış neft dərhal təmizlənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Boruların nasosxananın daxili divarlarından keçdiyi yerlərdə quraşdırılan kipləşdirici qurğular saz vəziyyətdə saxlanılmalı, onların hermetikliyi 6 ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır.