Layihələndirmə xidmətlərinin ehtimal olunan dəyərinin təyin edilməsi məqsədləri üçün Layihələndirmə xidmətləri üçün beş sinifdən heç birinə daxil edilməyən digər tikinti obyektlərinin bu və ya digər sinfə aid edilməsinə (təsnifləşdirilməsinə) əsas kimi tikinti obyektinin texniki parametrləri (hündürlüyü, həcmi, sahəsi, tutumu) qəbul olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.

Tikinti obyektlərinin təsnifləşdirilməsində əlavə meyarlar qismində həmçinin tikinti obyektinin funksional təyinatı, texniki-iqtisadi göstəriciləri, qəza baş verdiyi halda proqnozlaşdırılan iqtisadi, sosial və ekoloji nəticələr götürülür.