Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün layihələndirmə xidmətlərinin ehtimal olunan dəyərinin cari qiymətlərlə hesablanması üçün nəzərdə tutulub.
Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.
Bu Qaydaların müddəaları dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) üçün layihələndirmə xidmətləri göstərən layihəçilər üçün məcburi, sifarişçinin öz şəxsi vəsaitləri hesabına inşa ediləcək tikinti obyektləri üçün layihələndirmə xidmətləri göstərən layihəçilər üçün isə tövsiyə xarakteri daşıyır.