Lükün deşiklərində ölçü lentinin hərəkəti zamanı qığılcımın əmələ gəlməsinə qarşı həlqə və ya xüsusi qəlib olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Ölçü lükünün həlqəsi və dərinlik ölçü cihazının lenti saz vəziyyətdə olmalı və qığılcım verməyən materialdan olmalıdır.