Sədrlik edən ekspertə və mütəxəssisə onların hüquq və vəzifələrini izah edir, habelə eksperti bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Ekspertdən məsuliyyət və vəzifələrinin izah edilməsi barədə iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir.