Fond birjası fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə cərimələr məlum olub.

Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, fond birjası fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər yeddi yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.