Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib, əraziyə süni gölün yerləşdiyi əraziyə baxılacaq, nümunələr götürüləcək.
Heftelik.az-ın məlumatına görə, bunu Gədəbəy rayonu Söyüdlü kəndində sakinlərlə görüşdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bildirib.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı deyib ki, əhali də bunun nəticələri barədə məlumatlandırılacaq: “Heç kim birmənalı olaraq bizim insanların sağlamlığını təhlükə altında qoya bilməz”.
Qeyd edək ki, ötən gün mədən sənayesi ilə əlaqədar sianid turşusu toplanan süni göllə bağlı Söyüdlü kənd sakinləri aksiya keçiriblər.