Neft çənləri nəfəsalma klapanları ilə təchiz edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Nəfəsalma klapanları qurğuların istismar pasportunun tələblərinə uyğun olaraq tənzimlənməli, vaxtlı-vaxtında texniki baxışdan keçirilməli və ilin soyuq fəsillərində avadanlığın elementlərinin donmasının qarşısının almaq üçün zəruri texniki tədbirlər görülməlidir (hərəkətdə olan hissələr mütəmadi olaraq təmizlənməli və şaxtaya davamlı yağla yağlanmalıdır).