Tunel tipli metaldan olan nərdivanların eni 0,60 m-dən az olmamalı, radiusu 0,35÷0,40 m olan qoruyucu qövsləri olmalı və onlar da öz növbəsində qoruyucu zolaqlarla bərkidilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qövslər arasındakı məsafə 0,80 m-dən çox olmamalıdır. Qövsün pillələrdən ən aralı nöqtəsi 0,70÷0,80 m həddində olmalıdır. Nərdivanlar şaquli üzrə bir-birindən 6 m-dən çox olmayan məsafədə quraşdırılmış aralıq meydançalarla təmin edilməlidir.