Donmuş neft qalığının, çənlərin donmuş armaturlarının, həmçinin neftin saxlanılması, doldurulması və boşaldılması zamanı onun qızdırılmasına yalnız buxar və ya isti su ilə icazə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənlərin doldurulması və boşaldılması əməliyyatı yerinə yetirilən zaman çənlərin deformasiyasına yol verməmək üçün texnoloji rejimə ciddi riayət edilməlidir. Çənlərin doldurulma və boşaldılma sürətinin yol verilə bilən maksimal həddinin təyin edilməsi zamanı çənin tənəffüs klapanlarının istismar pasportunun göstəriciləri nəzərə alınmalıdır.
Üzən damlı çənlər elə doldurulub boşaldılmalıdır ki, üzən damın qaldırılma və ya endirlimə sürəti layihədə nəzərdə tutulan sürətdən yüksək olmasın, lakin sürəti 2,5 m/saat-ı aşmasın.