Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üzrə layihələndirmə xidmətlərinin satın alınması, o cümlədən layihəçilərin seçilməsi “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.
Bu Qaydaların müddəaları daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası ilə bağlı layihələndirmə xidmətlərinə şamil olunmur.