İşə baxılmasının təxirə salınması halları məlum olub.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
İşə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən aşağıdakı müstəsna hallarda yol verilir:
– işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə;
– iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə;
– qarşılıqlı iddia verildikdə;
– əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda;
– işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə görə məhkəmə həmin iclasda işə baxılmasını qeyri-mümkün hesab etdikdə;
– Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş digər hallarda.