Satınalmalarla bağlı bir neçə stereotip formalaşıb. Məsələn, hansısa idarədə kimsə, hansısa vəzifəyə razılaşır, bundan sonra elan verirlər ki, həmin vəzifə üzrə müsabiqə elan olunub. Satınalmalarda da təqribən bu cür formal hallar çoxdur.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli bildirib.

Əli Məsimli deyib ki, bu cür stereotipləri aradan qaldırmaq üçün işlək mexanizmlər qurulmalıdır: “Həmçinin məmur sahibkarlığı satınalmalarda xeyli mənfi rol oynayır. Bəzən satınalmaların kiminsə çətiri altında olan şirkətlərin xeyrinə müsabiqənin nəticələrinə təsir edir”.