Nasosların hərəkət edən və fırlanan hissələri çəpərlənməli və üzərində mühafizə örtükləri olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Mühafizə örtükləri və çəpərlənmələri olmayan nasosların işə salınması qadağandır.
Otaqda yerləşən nasosları neftlə doldurduqda qaz-hava qarışığı və maye fazası qapalı sistemlə kanalizasiyaya yönəldilməlidir.