Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə cərimələr məlum olub.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.