Bu gün sahibkarların tenderdə iştirakla bağlı narazılığını başa düşürəm. Rəqəmsallaşdırılandan sonra heç bir sahibkar şikayət edə bilməz ki, mənə iştirak imkanı vermədilər.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.
“Bizim məqsədimiz bərabər imkanlar yaratmaqdır. Mən bərabər imkanı yaradıramsa, sahibkar da müəyyən addımlar atmalıdır. Sahibkarın məsuliyyəti olsun, cəsarəti çatsın ki, öz hüququnu qorumağa hazır olsun. Sahibkar əgər ödəniş edib tenderə qoşulursa, hüquqlarının gözətçisi özüdür”, – deyə Məmməd Abbasbəyli vurğulayıb.