Gədəbəy rayonunun Söyüdlü kəndində sakinlərlə görüşdük. Bütün suallar yerində cavablandırıldı.
Heftelik.az-ın xəbərinə görə, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Komissiya sədri deyib ki, bütün narazılıqlar və ehtimallar hamısı araşdırılacaq. Onun sözlərinə görə, artıq monitorinq işlərinə başlanılıb.
Nazir qeyd edib ki, səhiyyə nazirinin müavini tibbi, sağlamlıq nöqteyi-nəzərdən məlumat verib.
“Ekoloji cəhətdən, çirklənmə ilə bağlı da suallar var, onları da mütləq aydınlaşdıracağıq və qısa müddətdə ictimaiyyətə çatdıracağıq”, – Muxtar Babayev əlavə edib.
Komissiya sədri qeyd edib ki, bu gün Söyüdlü kəndində hava ilə bağlı aparılmış analizlərdə heç bir çirklənmə qeydə alınmayıb.