Çənlər parkının xidməti heyəti çənlərin bütün kommunikasiya sxemlərini dəqiq bilməli və istismar zamanı səhvə yol vermədən idarəetməni həyata keçirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Texnoloji sxemlər operatorun iş yerində divardan asılmalıdır.
Dərinləşdirilmiş çənlərin nömrələri xüsusi quraşdırılmış lövhələrdə göstərilməlidir.