Tunel tipli söykəmə nərdivanların pillələri arasındakı məsafə 0,35 m-dən çox, eni isə 0,6 m-dən az olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Tunel tipli nərdivanlar və pilləkənlər 250 kq yükə davam gətirməlidir.
Tunel tipli nərdivanların və pilləkənlərin yan hissələri, keçid meydançasına çıxış yerində onun üzərində 1 m hündürlüyündə məhəccərlə qurtarmalıdır. Məhəccərlər meydançaya tərəf əyilməli və ona möhkəm bərkidilməlidir.