Yeraltı çənlərə baxış keçirmək və təmir işləri aparmaq üçün işçilərin oraya enməsinə müvafiq hazırlıq işləri aparıldıqdan (çənin daxilinin təmizlənməsi, buxara verilməsi) sonra zərərli buxar və qazların olmaması hava mühitinin analizi və qaz detektoru ilə təsdiq edilmək şərti ilə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Yeraltı çənə çadır tipli məhəccərləri olan stasionar metal nərdivanla enmək lazımdır. Nərdivan çənin dibinə qədər çatmalıdır. Tutumu 5000 m3 və ondan çox olan çənlər iki ədəd əks tərəflərdə quraşdırılmış nərdivanlarla təchiz olunmalıdır.