Birtipli tikinti layihəsi bir neçə tikinti obyekti üçün tətbiq edildiyi halda tikinti layihəsinin ilk tətbiqində layihələndirmə xidmətlərinin ehtimal olunan dəyəri tam həcmdə, təkrar tətbiq olunduqda isə ehtimal olunan dəyərin 35%-i həcmində qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.
Birtipli tikinti layihəsi tətbiq edildiyi zaman ərazinin xüsusiyyətləri (qrunt növü, iqlim şəraiti, seysmik rayonlaşdırma) ilə əlaqədar olaraq əlavə layihələndirmə xidmətlərinin göstərilməsi (birtipli tikinti layihəsinə konstruktiv dayanıqlığa və digər təhlükəsizlik göstəricilərinə təsir edən dəyişikliklərin edilməsi) zərurəti yaranarsa, müəyyən edilmiş ehtimal dəyərə 1,2 əmsalı tətbiq edilir.
Birtipli tikinti layihələrinin tətbiq edildiyi ərazilərdə obyektin tikinti ərazisinin Baş planının hazırlanması ilə bağlı xərclər bu QaydalarDA nəzərdə tutulan dəyərə daxildir.