Qoruyucu və nəfəslik klapanları yerləşən meydança çənin pilləkən meydançası ilə eni 0,6 m-dən az olmayan və hündürlüyü 1,1 m məhəccərləri olan keçidlə birləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənlərin avadanlıqları onların istismar qaydalarına uyğun olaraq mütəmadi yoxlanılmalıdır.