Hündürlükdə yerləşən işçi meydançaların döşəmə səthi sürüşməni istisna edən metal təbəqədən və ya qalınlığı 40 mm-dən az olmayan taxtadan olmalı, hündürlüyü 1,25 m olan (bir-birindən 0,40 m-dən çox olmayan məsafədə yerləşən uzununa tamasalı) məhəccəri, döşəmədən 1 sm-dən çox olmayan hündürlükdə yerləşən hündürlüyü 0,15 m-dən az olmayan yan haşiyəsi (bortu) olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.