Layihəçi sifarişçi ilə bağlanmış müqaviləyə əsasən ərazi planlaşdırılması sənədlərinin, tikinti obyektlərinin və ya onların ayrı-ayrı hissələrinin layihəsini hazırlayan hüquqi və ya fiziki şəxsdir.

Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.

Layihələndirmə xidmətləri tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) nəzərdə tutulan tikinti obyektlərinə aid layihə-smeta sənədlərinin hazırlanması və əsaslandırılması ilə əlaqədar xidmətlərdir (mühəndis-axtarış işləri də daxil olmaqla).