Nasos aqreqatları işləyən zaman birləşmələri bərkitmək, detalları və təzyiq altında olan avadanlıqları təmir etmək, eləcə də fırlanan hissələrə toxunmaq qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Nasos stansiyasının əsas və köməkçi avadanlıqlarının manometrsiz, həmçinin nasaz və texniki baxışdan keçirilməmiş manometrlə istismarı qadağandır.