Qətnamə sədrlik edən və yaxud işə kollegial qaydada baxıldıqda, hakimlərin biri tərəfindən yazılı surətdə tərtib edilir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmənin qətnaməsi işə təkbaşına işə baxdıqda hakim, kollegial qaydada baxıldıqda isə bütün hakimlər tərəfindən imzalanır. Qətnamədə düzəlişlər hakimlərin, yaxud hakimin imzası ilə təsdiq edilməlidir.