Sığorta məsələsi ilə bağlı bizim planlarımız var.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri sığorta şirkətlərinin əhaliyə daşınmaz əmlakını sığortalamasa, cərimələnəcəklərini bildirməsinin qanunsuz olduğunu söyləyib: “Sığorta şirkətlərinə bununla bağlı öz iradımızı və tələblərimizi bildirmişik. Bununla bağlı SMS-lər və zənglər onların səlahiyyətində deyil və onlar bunu dayandırmalıdır”.