Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla müfəssəl planlarda dəyişiklik edilməsinə və ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələrini ekspertizadan keçirmədən tikinti obyektlətinin tikintisinin həyata keçirilməsinə görə cərimələr açıqlanıb.
Hüquqşünas Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla müfəssəl planlarda dəyişiklik edilməsinə və ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələrini ekspertizadan keçirmədən tikinti obyektlətinin tikintisinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.