İyunun 23-də Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Ucar rayonun da tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edib.
Həmçinin qeyd edib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu islahatları davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində Respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyünü qeyd edib.
Sonra dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edilib.