Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov vəzifəsindən istefa verib.
Heftelik.az-ın məlumatına görə, Raqif Abbasov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Əziz və doğma kollektivim! Sizlərlə birlikdə uzun müddət çalışmaq xoş idi.Hər birinizə gələcəkdə nazirliyimizin iş fəaliyyəti yolunda uğurlar arzulayıram!”, – Abbasov yazıb.
Qeyd edək ki, Raqif Abbasov 2007-ci ildən BŞGİBİ-nin rəisi vəzifəsində çalışırdı.