Qaz bərabərləşdirici sistemə qoşulmuş çənin istismardan çıxarılması lazım gəldikdə o, qaz boru birləşmələrindən ayrılmalı, qaz kəmərindəki siyirtmələr bağlanmalı və tıxaclar qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qaz bərabərləşdirici sistemə qoşulmuş çənlərdə hermetikliyin pozulması aşkar olduqda çən dərhal qaz bərabərləşdirici sistemdən ayrılmalı və nasazlıqlar aradan qaldırılmalıdır.