Qəza vəziyyəti yarandıqda, nasos aqreqatının normal iş rejimini pozan və ya işçi heyətin həyatına və sağlamlığına təhlükə yaradan nasazlıq baş verdikdə nasos aqreqatı dayandırılmalı, giriş və çıxış borularının siyirtmələri bağlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qəza hallarında neftvurma nasoslarının işinin dayandırılmasını məsafədən yerinə yetirmək üçün nasosların idarəetmə pultundan kənarda, onları elektrik cərəyanından ayıran «Stop» düyməsi nəzərdə tutulmalıdır.