Hər bir çən üçün texnoloji xəritə tərtib olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Xəritədə aşağıdakılar göstərilməlidir:
– çənin texnoloji sxemdəki nömrəsi;
– çənin maksimal tutumu və maksimal doldurulma səviyyəsi;
– çənin diametri;
– baza hündürlüyü;
– üzərindəki avadanlıqlar və onların buraxma qabiliyəti;
– çənin doldurulma-boşaldılma sürəti (m3/saat);
– minimal qalıq;
– çəndə mayenin maksimal yol verilə bilən qızdırılma temperaturu;
– qoruyucu və nəfəsalma klapanlarının növü, sayı və buraxma qabiliyyəti;
– buxar qızdırıcıları işləyən zaman buraxılabilən minimal və maksimal səviyyə (sm).